ABŞ öz vətəndaşlarına Avropada terror təhlükəsi barədə xəbərdarlıq edib

ABŞ öz vətəndaşlarına Avropada terror təhlükəsi barədə xəbərdarlıq edib
04:22 22 Noyabr 2016
125 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 noyabr. REPORT.AZ/ ABŞ Dövlət Departamenti bazar ertəsi öz vətəndaşlarına bütün Avropa qitəsi ərazisində yüksək terror hücumu riskinin olması barədə xəbərdarlıq edib.
“Report” xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin yaydığı bəyanatda bildirilir.
"Dövlət Departamenti Amerika vətəndaşlarına Avropa ərazisində, xüsusilə də bayramlar zamanı yüksək terror hücumu risklərinin olması barədə xəbərdarlıq edir. Etibarlı məlumatlara görə, İŞİD, “Əl-Qaidə”, həmçinin onların filialları Avropada terror aktları planlaşdırmaqda davam edirlər", - deyə məlumatda qeyd olunur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR