Ərdoğandan “cinsi istismar” açıqlaması

Ərdoğandan “cinsi istismar” açıqlaması
06:14 22 Noyabr 2016
174 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə son zamanlar ən çox müzakirə olunan “cinsi istismar” qanununa münasibət bildirib.

 

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, Ərdoğan, hökumət, ictimaiyyət və müxtəlif təbəqələrdən gələn reaksiyaların da diqqətə alınmasının vacibliyini vurğulayıb. Ərdoğan həmçinin qeyd edib ki, qərar böyük etirazlara səbəb olduğu üçün yenidən nəzərdən keçirilməlidir.

 

Qeyd edək ki, Türkiyədə erkən yaşda evləndirilən gənclərin həbsini önləyən qanun müzakirəyə çıxarılmışdı. Qanunun təcavüzçüyə haqq qazandırması kimi anlaşılması ciddi etirazlara səbəb oldu. Müxtəlif partiyalar, ictimai birliklər qanuna etiraz etdi. Bölgələrdə etiraz aksiyaları keçirildi. Bundan sonra, ədliyyə naziri Bekir Bozdağ açıqlama verərək qanunun yanlış anlaşıldığını, təcavüzçüyə əfv verilməsinin müzakirə mövzusu belə olmadığını bildirmişdi. Bozdağ təcavüz edənlərin cəzasının daha da artırıldığını, bu qanunun erkən evləndirilərək həbsə düşənləri əhatə etdiyini izah etmişdi.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260173

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR