Rusiyalılar internetdə senzuranın tərəfdarıdır - SORĞU

Rusiyalılar internetdə senzuranın tərəfdarıdır - SORĞU
07:42 22 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Rusiyalıların 60 faizi internetdə senzuranın tətbiqinə müsbət yanaşır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu, "Levada" mərkəzinin apardığı sorğuda müəyyənləşib. Rəyi soruşulanların 25 faizi senzuranın əleyhinə çıxıb, 14 faizi isə cavab verməkdə çətinlik çəkib.
 
Respondentlərin 32 faizi hesab edir ki, qadağalar və bəzi saytlara girişin məhdudlaşdırılması insan hüquq və azadlıqlarını pozmaq, aktiv vətəndaşların fəaliyyətinin qarşısını almaq məqsədilə istifadə oluna bilər. Lakin 44 faiz bununla razı deyil, 24 faiz isə cavab verməkdə çətinlik çəkir.
 
Rusiyalıların yarısı (51 faiz) internetin gələcəkdə qəzet və televizorları əvəz edəcəyinə şübhə edir, 31 faizi isə buna əmindir.
 
Qeyd edək ki, Rusiya internetin azad olmadığı ölkələr sırasındadır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/491598.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR