Tramp atacağı ilk addımlardan danışdı

Tramp atacağı ilk addımlardan danışdı
08:12 22 Noyabr 2016
169 Dünya
Ölkə mətbuatı
A- A+

Donald Tramp yaydığı videomüraciətdə prezident postunda atacağı ilk addımlardan danışıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ABŞ-ın yeni seçilən prezidenti ilk növbədə ölkəsinin Trans-Sakit Okean Tərəfdaşlığı razılaşmasından çıxma prosedurunu işə salmaq niyyətindədir.
 
O, həmçinin kiber hücumlara qarşı geniş müdafiə tədbirlərinin həyata keçiriləcəyini, enerji resurslarının işlənilməsi layihələrinə qoyulan məhdudiyyətlərin aradan qaldırılacağını bildirib.
 
Tramp həmçinin ölkədə lobbiçilərin fəaliyyətlərinin məhdudlaşdırılmasına yönələn planın həyata keçiriləcəyini və miqrantlara qarşı hakimiyyətin nəzarətini gücləndirəcək sistem hazırlayacağını bildirib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR