Övlad sahibi olmaq üçün İmam Baqirdən (ə) dua

Övlad sahibi olmaq üçün İmam Baqirdən (ə) dua
08:47 22 Noyabr 2016
181 Ölkə
Ölkə mətbuatı
A- A+

Allahın heç bir işi hikmətsiz deyldir. Ancaq kaş ki, hər birimiz bu hikmətdən xəbərdar olaydıq. Gecə və gündüz ürəyim övlad sevgisi ilə yanıb tutuşur. Allaha dua edən zaman isə deyirəm: Allahım, hər nə ki, faydamızadır, onu da et. "Çox vaxt bir şeyi xoşlamırsınız, halbuki, o sizin üçün xeyirlidir və çox vaxt bir şeyi xoşlayırsınız, halbuki o sizin üçün pisdir. Allah bilir, siz isə bilmirsiniz". ("Bəqərə" 216).

Milli.Az deyerler.org-a istinadən bildirir ki,  Qurani-Kərim bizlərə övlad sahibi olmağın yolunu belə göstərir:
"Və dedim ki; "Öz Rəbbinizdən bağışlanmaq diləyin. Çünki O, çox bağışlayandır".
"Göydən (buluddan) sizə bol yağış göndərsin".
"Və sizə mal-dövlət və oğullar (əta etməklə) yardım etsin, sizin üçün bağlar yaratsın və sizin üçün çaylar axıtsın". ("Nuh" 10-12).
Bu ayələrdən oxuduğumuz kimi, Allah övlad və mal sahibi olmağın yolunu istiğfarda görür. (Tebyan)
Hədislərə nəzər salaq. İmam Baqir (ə) vacib bir dini iş üçün Hişam ibni Əbdülməlikin yanına gəlir. Lakin Hişam onun yanına girməsini təxirə salır. Həzrət (ə) bu işdən narahat olur. Hişamın bir gözətçisi var idi ki, zəngin idi, ancaq övladı olmurdu. İmam (ə) ona yaxınlaşdı və ona dedi: "Mənimlə Hişam arasında görüş təşkil edə bilsən, mənə sənə elə bir dua öyrədərəm ki, övlad sahibi olarsan". Həmin şəxs İmamı (ə) Hişam ilə görüşdürür və Hişam da İmamın (ə) tapşırığını yerinə yetirir. İmamın (ə) işi bitən zaman həmin gözətçi İmam Baqirə (ə) yaxınlaşıb deyir: "Qurban olum, mənə buyurduğun dua necədir?". Həzrət (ə) buyurur: "Hər səhər və hər axşam 70 dəfə "Sübhənallah", 10 dəfə istiğfar, 9 dəfə yenə "Sübhənallah", onuncusunu istiğfar qərar ver. Çünki Allah Təala buyurur..." və Həzrət (ə) sonra "Nuh" surəsini qiraət edir".
Həmin şəxs bu dualara əməl edir və Allah ona çoxlu övlad nəsib edir.
Bu hədisi nəql edən Süleyman özü haqqında yazır: "Mən öz əmim qızı ilə evlənmişdim. Övlad sahibi ola bilmirdim. Mən həmin zikri dedim və ev əhlinə də təlim verdim. Ondan sonra övlad sahibi oldum. Həyat yoldaşım deyir ki, nə zaman hamilə olmaq istəsə, bu duaya əməl edir və ondan sonra hamilə olurdu. Mən bu duanı övlad sahibi olmayan bir çox insana təlim verdim və onlar da övlad sahibi oldular".
İmam Səccad (ə) övlad istəyən səhabələrinə belə buyururdu: "(İmam Baqirdən (ə) gələn duanı) 70 dəfə oxu. Hər kim bu duanı çoxlu oxuyar, mal və övladdan hər nə istəyərsə, Allah ona əta edər". Həzrət (ə) sonra "Nuh" surəsini oxudu.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/491585.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR