Kiyevdə aksiyalar zamanı 3 nəfər yaralandı

Kiyevdə aksiyalar zamanı 3 nəfər yaralandı
08:52 22 Noyabr 2016
46 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın paytaxtı Kiyevdə baş verən kütləvi aksiyalar zamanı 3 nəfər xəsarət alıb, onların həyatların təhlükə yoxdur.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bundan əvvəl 10 nəfərin müxtəlif dərəcəli xəsarət aldığı bildirilirdi.
 
Ötən axşam Kiyevin Müstəqillik meydanında nümayişçilərlə polis arasında qarşıdurma baş verib. Daha sonra bir qrup etirazçı Tolstoy küçəsində yerləşən   "Sberbank"-ın pəncərələrini qırıb, binaya girib və otaqları talan edib. Kiyev şəhər polisinin rəisi Andrey Krişşenko faktla bağlı araşdırma aparıldığını, günahkarların cəzalandırılacağını bildirib.
 
Qeyd edək ki, ötən gün Ukraynada 2013-cü ildə "Maydan" hərəkatının başladığı günlə əlaqədar "Şərəf və Azadlıq Günü" qeyd olunub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR