İran və İraqdan mühüm HƏMLƏ: Neft bahalaşdı

İran və İraqdan mühüm HƏMLƏ: Neft bahalaşdı
09:42 22 Noyabr 2016
118 Dünya
Ölkə mətbuatı
A- A+

Dünya birjalarında neft bahalaşıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,53 dollar artaraq 48,77 dollar təşkil edib.
 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,54 dollar artaraq 49,44 dollar olub. Bununla da Brent neftinin qiyməti ayın əvvəlindən bəri ilk dəfə olaraq 49 dolları ötüb.
 
Neftin 4%-lik bahalaşmasına İran və İraqın OPEC-in hasilatı dondurmaqla bağlı təklifi ilə razılaşmağa hazır olduqlarını bəyan etməsi səbəb olub. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/491761.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR