ABŞ-dan TERROR XƏBƏRDARLIĞI

ABŞ-dan TERROR XƏBƏRDARLIĞI
09:53 22 Noyabr 2016
99 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını Avropa ölkələrinə səyahət etməməyə çağırıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb Yeni il bayramı ərəfəsində Avropa ölkələrində terror törədilməsi ehtimalıdır.

ABŞ-ın Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada Avropa ölkələrinə səfər edən Birləşmiş Ştatlar vətəndaşlarının getdikləri ölkələrdə keçirilən festivallardan, restoranlardan, alış-veriş mərkəzlərindən, dini və turizm məkanlarından kənar olmaları tövsiyə olunur.

Məlumatda deyilir ki, qarşıdan gələn Yeni il ərəfəsində İŞİD, “Əl-qaidə” və digər bu kimi terror təşkilatları tərəfindən Avropa ölkələrində terror aktları planlaşdırılır.

ABŞ hökumətinin bu xəbərdarlığı 2017-ci il fevralın 20-dək qüvvədə qalacaq.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/176871.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR