Türkiyədə 15550 nəfər işdən çıxarıldı: 9 KİV bağlandı

Türkiyədə 15550 nəfər işdən çıxarıldı: 9 KİV bağlandı
09:54 22 Noyabr 2016
85 Digər
Ölkə mətbuatı
A- A+

 

Türkiyədə qəbul edilən iki yeni qanun hökmündə qərarnaməyə görə, 15 min 550 nəfər vəzifəsindən çıxarılıb. Lent.az-ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, işdən çıxarılanların 1988 nəfəri Türkiyə Silahlı Qüvvələrinin (quru qoşunlarından 1259, dəniz qüvvələrindən 391, hava qüvvələrindən 338 nəfər) personalına aiddir.                                 

 

Türkiyə Daxili İşlər Nazirliyindən və ona bağlı qurumlardan 2696, Ali Təhsil Şutasından (YÖK) 1184, Səhiyyə Nazirliyindən 752, Maliyyə Nazirliyindən 526 şəxs işdən çıxarılıb. 

 

Qərarnamələrə görə, Türkiyədə 550 dərnək, 7-si qəzet, 1-i jurnal və 1-i radio olmaqla 9 KİV və 19 özəl tibb qurumu da bağlanılıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260180

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR