"Qarabağ" bu gün Bakını tərk edir

"Qarabağ" bu gün Bakını tərk edir
09:57 22 Noyabr 2016
64 İdman
Ölkə mətbuatı
A- A+

Avopa Liqasının J qrupunda mübarizə aparan "Qarabağ" bu gün Çexiyaya yola düşür.

Milli.Az sport7.az-a istinadla xəbər verir ki, "Qarabağ"ın futbolçu və məşqçilərini, eləcə də inzibati heyətlə oyunu izləyəcək mətbuat nümayəndələrini aparan təyyarə saat 17:00-da Praqaya doğru istiqamətlənəcək. Çexiya paytaxtından Liberets şəhərinə qədər olan məsafə isə avtobusla qət olunacaq.

"Slovan" - "Qarabağ" qarşılaşması noyabrın 24-də, Bakı vaxtıyla saat 22:00-da keçiriləcək. Bu qarşılaşmada qazanacağı 3 xal "Qarabağ"ın qrup mərhələsini uğurlu adlamasını təmin edəcək.

Hazırda J qrupunda vəziyyət belədir: "Fiorentina" - 10, "Qarabağ" - 7, PAOK - 4, "Slovan" - 1

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR