Dolların üzərində Bin Laden və “11 sentyabr”ın ŞOK TƏSVİRLƏRİ - VİDEO

Dolların üzərində Bin Laden və “11 sentyabr”ın ŞOK TƏSVİRLƏRİ - VİDEO
09:58 22 Noyabr 2016
4268 Digər
Ölkə mətbuatı
A- A+

15 il öncə baş verən “11 sentyabr” terror aktı təkcə 3 min amerikalının həyatına səbəb olmadı. Bu, həm də özü ilə müsəlman Şərqində yeni işğallar, yeni qurbanlar silsiləsinin başlanğıcı idi.

Şahidlər danışır ki, terror aktının olduğu vaxt Amerikanın o dövrdəki prezidenti Corc Buş məktəbdə aşağı sinif şagirdləri üçün kitab oxuyurmuş. Köməkçisi hadisənin baş verdiyini onun qulağına pıçıldayır, o isə heç nə olmamış kimi oxuduğu səhifəni başa çatdırır, uşaqlarla təmkinlə sağollaşandan sonra oranı tərk edir. Bunu oğul Buşun liderə xas təmkinliyi ilə bağlayırlar. Təbii ki, hər bir lider azyaşlı uşaqların qorxmaması üçün belə edərdi. Lakin Corc Buş həqiqətənmi hadisənin törədiləcəyini əvvəlcədən bilmirdi? Bəlkə təmkinli olmağa məhz məlumatlı olması səbəb olub?

Və çox maraqlıdır ki, “övladlarımızın başqa torpaqlarda ölməsinə son qoyacağam” vədi ilə prezident seçilən Buş məhz bu terror aktından sonra Şərqə doğru müharibə yürüşünə çıxdı. Bu, dünya nizamının dəyişməsi idi və o zaman başlanan yürüş bu gün Yaxın Şərq coğrafiyasında hələ də qanlı günlərini yaşayır.

Publika.az xəbər verir ki, “11 sentyabr” terror aktının daşıdığı sirlər hadisənin özü qədər müzakirə olunur. Zaman-zaman bu terror aktının məhz ABŞ-ın özü tərəfindən törədiliyinə dair məlumatlar var. Terror aktını törədən “Əl Qaidə” terror təşkilatının lideri Usama bin Ladenin vaxtilə Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin yetirməsi olduğu haqda deyilənlər, bununla yanaşı, 11 sentyabr tarixinin sirli tərəfləri şübhələrə yol açır.

Amerika milli valyutası olan 1 dolların üzərindəki işarələr isə “11 sentyabr” hadisəsinə yeni baxış bucağı qazandırır.

Əsginası diqqətlə incləyərkən, onun üzərində “The Usama” sözlərinin yazıldığını, 11 sentyabr tarixinin göstərildiyini, həmin tarixdə hücum olan “Əkiz Qüllə”lərin rəsminin öz əksini tapdığını görmək mümkündür.

Bütün bunların vizual olaraq göstərildiyi videonu təqdim edirik:


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlitarix/176872.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR