Bakıda keçmiş polis əməkdaşı güllələndi

Bakıda keçmiş polis əməkdaşı güllələndi
10:05 22 Noyabr 2016
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda təqaüddə olan polis ov tüfəngindən açılan atəş nəticəsində yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu Lökbatan qəsəbəsində, Allahyarov Şəmşəddin Nurəddin oğluna məxsus evdə qeydə alınıb.

Belə ki, ev sahibi, 52 yaşlı Ş.Allahyarov ov tüfəngini təmizləyərkən ehtiyatsızlıqdan atəş açılıb. Nəticədə o, sol biləyindən xəsarət alıb.
Yaralı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Travmatologiya Şöbəsinə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, Ş.Allahyarovun sol qolu əməliyyat olunub. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Qeyd edək ki, Ş.Allahyarov Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində polis mayoru kimi fəaliyyət göstərib. 6 ay bundan öncə təqaüdə çıxıb.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/491774.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR