"Günəşli"dəki qəzanın qurbanı haqda YENİ MƏLUMAT

"Günəşli"dəki qəzanın qurbanı haqda YENİ MƏLUMAT
10:17 22 Noyabr 2016
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, noyabrın 20-də "Günəşli" yatağındakı 7 saylı dərin dəniz özülündə 28 tonluq kranın qəzaya uğraması nəticəsində "Abşeron" Qazma Şirkətinin krançısı, 1991-ci il təvəllüdlü Məmmədov Elşən Səxavət oğlu baş nahiyəsindən xəsarət alaraq dünyasını dəyişib.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, hadisə zamanı həlak olan Elşən Məmmədov məcburi köçkündür. Cəbrayıl rayonunun Papı kəndindən olan mərhum Sumqayıt şəhərində yaşayırdı.
 Elşən Məmmədov dünən Sumqayıtda torpağa tapşırılıb. Onun iki aylıq övladı atasız qalıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/491784.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR