Polşanın baş nazirinin korteji qəzaya düşdü - FOTO

Polşanın baş nazirinin korteji qəzaya düşdü - FOTO
10:22 22 Noyabr 2016
53 Dünya
Ölkə mətbuatı
A- A+

Polşanın baş naziri Beata Şidlonun avtomobil korteji İsraildə qəzaya düşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Kol İsrail" radiosu məlumat yayıb.

Xanım baş nazirin xəsarət almadığı qəza zamanı üç nəfər yaralanıb. Onların arasında İsrail polisi və nazirin mühafizə xidmətinin əməkdaşı olduğu bildirilib.

İlkin məlumata görə, qəzaya avtomobilin təkərinin partlaması nəticəsində sürücünün idarəetməni itirməsi səbəb olub.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/491788.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR