Yaponiya yenə silkələndi - VİDEO - FOTO

Yaponiya yenə silkələndi - VİDEO - FOTO
10:27 22 Noyabr 2016
55 Dünya
Ölkə mətbuatı
A- A+

Yaponiyanın Fukuşima prefekturasının sahillərində güclü zəlzələ olub.

Episentri 10 km dərinlikdə olan zəlzələnin gücü Rixter şkalası ilə 7,4 bal olub.

Milli.Az Yomiuri-yə istinadən bildirir ki, yeraltı təkanları ölkənin mərkəzi və şimal-şərq bölgələrindəki 20 prefekturanın sakinləri hiss ediblər.

Sunami təhlükəsi elan olunub. Dalğaların hündürlüyünün 1 metr olacağı təxminqlənsə də, rəsmi Tokio 2011-ci ildəki fəlakəti unutmayaraq Miyaqi, İbaraki, Aomori, İvate və Tiba prefekturalarının sakinlərinə sahildən uzaqlaşmağı, hündür yerlərə qalxmağı məsləhət biliblər.

Hazırda Yaponiyadakı atom-elektrik stansiyaları, o cümlədən qəzalı vəziyyətdə olan "Fukuşima-1"in vəziyyəti yoxlanılır. AES-lərin operatoru olan TEPCO-dan verilən məlumata görə, stansiyalarda problemli vəziyyət qeydə alınmayıb.

Milli.Az





































Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/491762.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR