Tramp “Türkiyənin Bin Ladeni” ilə görüşməkdən imtina etdi

Tramp “Türkiyənin Bin Ladeni” ilə görüşməkdən imtina etdi
10:33 22 Noyabr 2016
155 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın milli təhlükəsizlik məsləhətçisi Mixael Flinin FETÖ (Fəthullahçı Terror Təşkilatı) lideri Fətullah Gülənə “Türkiyənin Bin Ladeni” deməsi təşkilatda böyük çaxnaşma yaradıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, FETÖ Trampın komandasına yaxınlaşmaq üçün işlərə başlayıb.

Məlumata görə, FETÖ-nün ABŞ-dakı imamı İsmayıl Böyükçələbi FETÖ ilə əlaqələri olan demokrat senator Koru Bookerin vasitəçiliyi ilə Donald Trampın köməkçisi Mayk Pensə “görüşmək istəyirik” mesajı göndərib. Bir həftə sonra FETÖ-nün aldığı cavab isə təşkilatda şok effekti yaradıb.

Mayk Pens senator Bookerə telefonla zəng edərək Trampın “ABŞ terrorçularla eyni masaya oturmaz” söylədiyini və görüşün qeyri-mümkün olduğunu deyib.

Ömər Dağlı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR