Azərbaycan efirində qızlar əlbəyaxa dava etdi - video

Azərbaycan efirində qızlar əlbəyaxa dava etdi - video
10:36 22 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

ARB-nin efirində yayımlanan “Ferma” realiti şousunda böyük qalmaqal yaşanıb.

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, proqramın ötən gün yayımlanan bölümündə iştirakçılar Firəngiz İsgəndərova ( Fira) ilə Mələk Babayeva arasında dava olub.

M. Babayeva Firəngizi arada söz aparıb-gətirməkdə günahlandırıb.

“Tamaşaçılar deyir ki, Fira söz aparıb-gətirir. Qızlar otağında nə olursa, oğlanlara, oğlan otağında nə olursa, qızlara çatdırır. Mən inanmırdım, amma bu gün şahidi oldum”.

Mələyin bu sözləri digər iştirakçını özündən çıxarıb. Qalmaqallı iştirakçı Firəngizin yanından uzaqlaşıb.

Ancaq Fira mübahisəni davam etdirmək istəyib. Hər iki xanım arasındakı mübahisə əlbəyaxa davaya çevrilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR