Türkiyədə 6000-ə yaxın işçi qovuldu, bir sıra qurumlar bağlandı - SİYAHI

Türkiyədə 6000-ə yaxın işçi qovuldu, bir sıra qurumlar bağlandı - SİYAHI
10:42 22 Noyabr 2016
96 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə 15 iyul hadisələri ilə bağlı elan olunan fövqəladə vəziyyət çərçivəsində qəbul edilən 677 saylı Qərara əsasən, Türkiyə Silahlı Qüvvələri, polis və digər qurumların bir sıra işçiləri vəzifələrindən azad olunublar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, həmçinin bir çox dərnək, idarə və mətbuat qurumları bağlanıb.

Qərara uyğun olaraq:

- Daxili İşlər Nazirliyi və tabe qurumlarda 2696;
- Ali Təhsil Qurumunda (YÖK) 1184;
- Səhiyyə Nazirliyində 752;
- Maliyyə Nazirliyində 526;
- Ailə və Sosial Siyasət Nazirliyində 131;
- Milli Təhsil Nazirliyində 119;
- Dini İşlər Nazirliyində 94;
- Enerji və Təbii Sərvətlər Nazirliyində 73;
- Meşə və Su Təsərrüfatı Nazirliyində 52;
- TRT-də 45;
- Milli Müdafiə Nazirliyində 23;
- Hakimlər və Prokurorlar Ali Qurumunda (HSYK) 15;
- Fövqəladə Hallar İdarə edilməsi Nazirliyində (AFAD) 14;
- Gənclər və İdman Nazirliyində 13;
- Mədəniyyət və Turizm Nazirliyində 11;
- Türk Əməkdaşlıq və Əlaqələndirmə Agentliyində (TİKA) 1 nəfər olmaqla, cəmi 5749 işçi vəzifələrindən azad edilib.

Bundan başqa, 375 dərnək və 9 mətbuat-yayım qurumu bağlanıb.

Bundan əvvəl vəzifəsindən azad edilən 157 nəfər isə işinə bərpa edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/491780.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR