Azərbaycanın veteran cüdoçulardan ibarət yığması dünya çempionatında daha bir medal qazanıb

Azərbaycanın veteran cüdoçulardan ibarət yığması dünya çempionatında daha bir medal qazanıb
10:47 22 Noyabr 2016
69 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 22 noyabr. REPORT.AZ/ ABŞ-ın Mayami şəhərində keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisi 5-ci medalını qazanıb. "Report"un məlumatına görə, M-2 kateqoriyası üzrə 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan Zaur Bağırov gümüş medala sahib olub.
ABŞ təmsilçisi Dahs Bleyn və Braziliya idmançısı Rikardo Almeydaya qalib gələn veteran cüdoçu həlledici görüşdə əlcəzairli Həsən Azzuna uduzaraq, dünya çempionatında 2-ci yeri tutub.
Qeyd edək ki, bunadək Fərhad Rəcəbli və Zaur Paşayev qızıl, Zülfiyyə Hüseynova gümüş, Mübariz Cəfərov isə bürünc medala sahib olub.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycanin-veteran-cudoculari-abs-da-daha-bir-medal-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR