Bakıda QORXUNC QƏZA - Sərnişin avtobusları toqquşdu

Bakıda QORXUNC QƏZA - Sərnişin avtobusları toqquşdu
10:57 22 Noyabr 2016
197 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda iki sərnişin avtobusunun iştirakı ilə zəncirvarı qəza baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində qeydə alınıb. 57 saylı marşrut xətti ilə hərəkət edən "İsuzu" markalı sərnişin avtobusunun sürücüsü dayanacağa yaxınlaşdıqda idarəetməni itirib.
 
Nəticədə avtobus "Mercedes" markalı minik avtomobilinə çırpılıb. Zərbənin təsirindən "Mercedes" qarşısındakı "Daewoo" markalı 40 saylı marşrut avtobusuna, həmin avtobus da "Toyota" markalı minik maşınına dəyib.
 
Qəza nəticəsində xəsarət alan 2 nəfər - 1989-cu il təvəllüdlü Əliyev Ruslan Mənsur oğlu və Mənsurova Elmira Şirəli qızı hadisə yerinə çağırılan təcili tibbi yardım briqadaları tərəfindən 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıblar. Daha bir nəfərə isə hadisə yerində tibbi yardım göstərildikdən sonra buraxılıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR