Məşhur sabiq başketbolçu qəza yerindən qaçmaqda ittiham olunur

Məşhur sabiq başketbolçu qəza yerindən qaçmaqda ittiham olunur
11:12 22 Noyabr 2016
38 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 22 noyabr. REPORT.AZ/ Ötənlərin məşhur basketbolçusu, Milli Basketbol Assosiasiyasının (MBA) sabiq ulduzu Dennis Rodmana qarşı yol qəzasına səbəb olma və ardından hadisə yerindən qaçma ittihamları irəli sürülüb.
"Report" TASS-a istinadən bildirir ki, keçmiş basletbolçu həmçinin sürücülük qaydalarını pozmaqda və ayırıcı zolağın üstündən keçməkdə, eləcə də polisə yalan məlumat verməkdə ittiham edilir.
Hadisə iyulun 20-də Santa Ana şəhərindəki yolda baş verib. Prokurorluğun məlumatına görə, 55 yaşlı D.Rodmanın idarə etdiyi yolsuzluq avtomobili əks-zolağa çıxaraq qarşıdan gələn maşının qəzadan yayınmaq üçün təhlükəli manevr etməsinə səbəb olub.
D.Rodmanın günahkar olduğu sübuta yetirilsə, o, iki il müddətinə həbs oluna bilər.
Qeyd edək ki, Dennis Rodman beşqat MBA çempionudur. Karyerasını 2006-cı ildə başa vurmuş məşhur sabiq oyunçu "Detroyt Pistons", "San Antonio Spörs", "Çikaqo Bullz", "Los Anceles Leykers" və "Dallas Maveriks" klublarında çıxış edib.

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/meshur-sabiq-basketbolcu-qeza-yerinden-qacmaqda-ittiham-olunur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR