Nyu-Yorkun mərkəzində terror aktı törətməyi planlaşdıran İŞİD üzvü həbs edilib

Nyu-Yorkun mərkəzində terror aktı törətməyi planlaşdıran İŞİD üzvü həbs edilib
11:17 22 Noyabr 2016
36 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 noyabr. REPORT.AZ/ Nyu-Yorkun mərkəzində yerləşən Tayms-skverdə terror hücumu həyata keçirməyi planlaşdıran 37 yaşlı Məhəmməd Rafiq Naci həbs olunub.
"Report" "The New York Times"a istinadən xəbər verir ki, M.R.Naci daha əvvəl İŞİD terror qruplaşmasına qoşulmaq üçün ölkə xaricinə yollanıb.
İstintaq materiallarına əsasən, o, Türkiyə və Yəməndə olub.
Məlumata görə, M.R.Naci terrorçulara maliyyə dəstəyi göstərib və Tayms-skverdə Nitsada yaşananların oxşarını (terrorçu yük maşınını çimərlikdə olanların üzərində sürmüş, nəticədə 86 nəfər vəfat etmişdi - red.) həyata keçirməyi planlaşdırırmış. 
Qeyd edək ki, 2015-ci ildə terrorçuların hədə-qorxuları və terroçu-kamikadzenin Tayms-skverdə olması ilə bağlı video yayılıb. Amma Nyu-York meri Bill de Blazio şəhər sakinlərinin İŞİD-in təhdidlərindən çəkinməsinə heç bir əsas olmadığını bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/nyu-yorkun-merkezinde-terror-akti-toretmeyi-planlasdiran-i-si-d-uzvu-hebs-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR