ABŞ milli təhlükəsizlik naziri vəzifəsinə mümkün namizədlərin adları açıqlanıb

ABŞ milli təhlükəsizlik naziri vəzifəsinə mümkün namizədlərin adları açıqlanıb
11:22 22 Noyabr 2016
50 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 noyabr. REPORT.AZ/ ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığının keçmiş rəhbəri, istefada olan general Con Kelli yeni seçilmiş ABŞ prezidenti Donald Trampın administrasiyasında Milli Təhlükəsizlik Nazirliyinə (MTN) rəhbərlik edə bilər.
"Report" xəbər verir ki, bu barədə "The Washington Post" mənbələrinə istinadən yazıb.
D.Trampın qərargahındakı mənbənin sözlərinə görə, ABŞ-ın yeni seçilmiş prezidentini istefada olan generalın Cənub Komandanlığının rəhbəri kimi əldə etdiyi təcrübə maraqlandırıb.
C.Kelli ABŞ Silahlı Qüvvələrində 40 ildən çox xidmət edib. O, hazırkı prezident Barak Obamanın administrasiyasını tənqid etməsi ilə tanınır.
Nəşr yazır ki, MTN başçısı postuna həmçinin kiçik Corc Buş administrasiyasında Ağ Evin milli təhlükəsizlik üzrə sabiq müşaviri Frensis Taunsend, eləcə də ABŞ Konqresinin Nümayəndələr Palatasının Milli Təhlükəsizlik Komitəsinin sədri Maykl Makkol namizəddir.
Qeyd edək ki, daha əvvəl yeni seçilmiş prezident Donald Trampın komandasında konqresmen Mayk Pompeonun Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri, senator Ceffri Seşnsin isə baş prokuror təyin ediləcəyi məlum olub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR