Məhkəmə Maşallah Əhmədova vaxt qoydu

Məhkəmə Maşallah Əhmədova vaxt qoydu
11:22 22 Noyabr 2016
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə Maşallah Əhmədovun vəkili çıxış edərək bildirib ki, artıq dəymiş zərərin ödənilməsi ilə bağlı işlər görülür.
 
Vəkil bu səbəbdən məhkəmə iclasının hələlik təxirə salınması haqqında vəsatət qaldırıb. 
 
Məhkəmə dəymiş ziyanı ödəmək üçün Maşallah Əhmədova vaxt verib.
 
Məhkəmə prosesi noyabrın 25-də davam etdiriləcək 
 
Qeyd edək ki, bugünkü prosesdə dövlət ittihamçısı çıxış edərək Maşallah Əhmədova cəza istəyəcəkdi. 
 
Maşallah Əhmədov 2015-ci ilin dekabrında saxlanılıb. Bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu da qaytarmayıb. M. Əhmədov barəsində həbs qəti imkan tədbiri seçilsə də, sonradan bu qərar ev dustaqlığı ilə əvəzlənib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR