Nardaran sakinindən silah-sursat götürülüb

Nardaran sakinindən silah-sursat götürülüb
11:27 22 Noyabr 2016
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 noyabr. REPORT.AZ/ Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yaşayan şəxsin evindən silah-sursat aşkarlanıb.
"Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini Saleh Dadaşovun evinə baxış zamanı "Mauzer" markalı tapança və 12 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/nardaran-sakininden-silah-sursat-goturulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR