Saatlıda avtomobil aşıb, sürücü ölüb

Saatlıda avtomobil aşıb, sürücü ölüb
11:27 22 Noyabr 2016
126 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 noyabr. REPORT.AZ/ Saatlı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat  hadisəsi baş verib. "Report"un Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumatına görə,  hadisə noyabrın 22-də Saatlı şəhəri ərazisində qeydə alınıb. 
Belə ki, Saatlı rayon sakini Elmir Heydərov idarə etdiyi "Chevrolet" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili aşırıb. Nəticədə sürücü E.Heydərov hadisə yerində ölüb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma apılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/saatlida-avtomobil-asib-surucu-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR