Qəzaya düşən təyyarə ilə bağlı yeni fakt

Qəzaya düşən təyyarə ilə bağlı yeni fakt
08:51 6 Yanvar 2015
221 Dünya
Ölkə mətbuatı
A- A+

İndoneziyanın "AirAsia" hava yolları şirkətinə məxsus aerobus A320-200 tipli sərnişin təyyarəsinin qəzaya uğramasına dair başladılan məhkəmə işi ilə əlaqədar bir neçə aviasiya xidməti əməkdaşı saxlanılıb.

ANS PRESS-in məlumatına görə, sözügedən əməkdaşlar təyyarələrin uçuşdan öncəki nəzarət-yoxlama işlərinə görə məsuliyyət daşıyırlar. Hava limanı əməkdaşlarının qəzaya uğrayan təyyarənin yük bölməsinə əvvəlcədən nəzarət etmədiyinə dair şübhələr yaranıb. Hazırda faktla bağlı istintaq işi başladılıb.

Təxminən, bir həftə əvvəl təyyarənin Yava dənizində qəzaya uğraması nəticəsində 162 nəfər olüb. Xilasedicilər indiyə qədər 37 nəfərin meyitini aşkarlaya biliblər. Təyyarə Surabaya Sinqapur reysi üzrə hərəkət edən zaman qəza baş verib.

Ötən gün axtarış əməliyyatçıları təyyarənin quyruq hissəsini də tapıblar. Təyyarənin “qara qutu”su məhz bu bölmədə yerləşir. Regionda güclü küləklərin əsməsi axtarış əməliyyatlarının işini çətinləşdirir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR