Qaz Zabrat sakinlərini ayağa qaldırdı - ETİRAZ

Qaz Zabrat sakinlərini ayağa qaldırdı - ETİRAZ
11:38 22 Noyabr 2016
66 Ölkə
Ölkə mətbuatı
A- A+

“Bu il hava soyuyandan evimizə verilən təbii qazın təzyiqi çox aşağıdır. Qış rejiminə keçəndə, düzələcəyini deyirdilər. Amma hələ də evlərə verilən qaz qış rejimindən də zəifdir. Hava gündən-günə soyuyur. Evdə palto ilə otururuq, amma yenə də donuruq. Evində qocası, uşağı olanı var. Çox çətin vəziyyətdəyik”.

Bu barədə Sabunçu rayon Zabrat 1 və Zabrat 2 qəsəbəsinin sakinləri redaksiyamıza müraciətlərində deyiblər.

Sakinlər bildirir ki, artıq aktiya keçirməyə hazırlaşırlar: “Bir çıxış yolumuz var, yolu bağlamaq. Bəlkə ondan sonra bizi yada salan oldu”.

Qazın təzyiqi ilə bağlı problemi rayonun Bakıxanov qəsəbə sakinləri də yaşayır.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev Publika.az-a qazın təzyiqində heç bir problem olmadığını dedi: “Havaların soyuq-şaxtalı keçdiyi günlərdə qaz təchizatında heç bir problem olmayacağı barədə əvvəldən məlumat vermişdik. Bu vaxta qədər bununla bağlı lazımı işlər görülüb. Hansı fərdi yaşayış evində və ya obyektdə qazın verilişində problem yaşanırsa, əməkdaşlarımız tərəfindən dərhal oraya baxış keçirilir. Tənzimləmə işləri aparılır və məsələlər həllini tapır. Qeyd edilən ünvanlarla bağlı əməkdaşlarımıza məlumat verəcəyik, mənzillərə baxış keçirsinlər. Təbii qazın verilişində hər hansı problem varsa, onu aradan qaldırsınlar”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/176890.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR