Sərhəddə narkotik qaçaqmalçıları tutuldular

Sərhəddə narkotik qaçaqmalçıları tutuldular
11:47 22 Noyabr 2016
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət Sərhəd Xidmətinin əməkdaşları narkotik vasitələrin qanunsuz döv­riy­­­yəsinə və qaçaqmalçılığa qarşı fəaliy­yətlərini uğurla davam etdirirlər.
19.11.2016-cı il tarixdə saat 17:30 radələrində qabaqlayıcı əməliyyat məlu­ma­­tına əsasən həyata keçirilən tədbirlər nəticəsində Cəlilabad rayonunun Əsədli kənd ərazisindəki sərhəd zastava­sının xidməti sahəsində AZ 10 TM 081 dövlət qeydiyyat nömrəli avtomobildə Göyçay rayon sakinləri Məmmədov Nurlan Sakit oğlu, Sultanov Kəyyam Abduləhəd oğlu, Bakı şəhər sakini Xəlilov Natiq Məmmədismayıl oğlu şübhəli şəxs qismində saxlanılıblar. Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, avtomobilə baxış zamanı mühərrik hissəsində gizlədilmiş şəkildə bağlamaya bükülü vəziyyətdə narkotik maddə olan 200 qram tiryək və 20 qram heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/491801.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR