Şikayət edildi, sürücü işdən qovuldu - FOTO

Şikayət edildi, sürücü işdən qovuldu - FOTO
11:52 22 Noyabr 2016
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda avtobus sürücüsü vətəndaşların şikayəti əsasından işdən azad edilib.

Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyindən (BNA) Milli.Az-a verilən məlumata görə, paytaxtdakı 20 saylı marşrutla bağlı istifadəçidən daxil olan şikayət və fotoşəkillər əsasında 10-TG-704 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü A.Məhərrəmov yol-hərəkət qaydalarını pozduğu və bu kimi hallara tərəfindən mütəmadi yol verildiyi üçün BNA-nın iradı əsasında daşıyıcı şirkət tərəfindən işdən azad edilib.

Agentlik bildirir ki, yolda təhlükəsizlik qaydalarına əməl etmək ümumi məsuliyyətdir və sürücü, sərnişin, daşıyıcı şirkət eyni qaydada öhdəlik daşıyırlar. BNA vətəndaşlara bəyan edir ki, bu kimi hallarla bağlı onların irad, təklif və şikayətlərini qəbul etməyə hazırdır. 

Qeyd edək ki, sürücünün hərəkətləri ilə bağlı şikayət BNA-ya Agentliyin facebook səhifəsi vasitəsilə daxil olub.

Yusif Nəsirli

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/491820.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR