Elza onu təhqir edən aktyora cavab verdi: "Namərdlər"

Elza onu təhqir edən aktyora cavab verdi: "Namərdlər"
12:22 22 Noyabr 2016
266 Şou
Ölkə mətbuatı
A- A+

"Yazıq, uğursuz aktyor gündəmə gəlmək istəyir"

Bunu aznews.az-a açıqlamasında bəstəkar-müğənni Elza Seyidcahan onu "dəli" adlandıran xalq artisti Ramiz Məlikə cavabında deyib. Müğənni İlan deyil, Meymun ilində anadan olduğunu bildirib: 

"Mən Ağıllı Meymun ilində doğulmuşam. İlan ilinin mənə aidiyyatı yoxdur. İlan sürünənlər sinfinə aiddir. Ondan çoxlu dərmanlar hazırlanır və apteklərdə insanlara satılır. Hər bir insanda bir balaca hansısa heyvana bənzər dəlilik olmalıdır. Mən həmin aktyoru tanımıram".

E.Seyidcahan son vaxtlar bəzi uğursuz aktyorların gündəmə gəlmək üçün verdiyi müsahibələrdə onun adını çəkdiklərini, ünvanına hər hansı mesaj yolladıqlarını vurğulayıb: 

"Yazıları, müsahibələri oxunsun deyə mütləq Elzanın adını çəkirlər. Hətta bu işdə son vaxtlar tanınmış sənət adamlarına da rast gəlirəm. Uzaq ölkələrdə yaşayır, uğurları yoxdur, başlayır Elzadan danışır. Nədir-nədir oxunsun. Mən artıq halallıq vermişəm. Mənim adımı çəkməklə onlar zəncirləri qırırlarsa, adımı çəksinlər. Narahat olmasınlar, Elzaya xələl gəlməyəcək. Namərdlər Elzanı namərd edə bilməyəcək. Elza mərd və mərdanə öz işində, yolunda, ailəsində və öz vətənindədir".

Xalq artisti Ramiz Məlik Elza Seyidcahanı ilana bənzədib və onu dəli adlandırıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/491833.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR