Bir futbolçuya ildə 40 milyon - Çin klubu coşdu

Bir futbolçuya ildə 40 milyon -   Çin klubu coşdu
12:37 22 Noyabr 2016
56 İdman
Ölkə mətbuatı
A- A+

Avropa macərasına son qoyaraq Argentinaya dönən Karlos Tevez vətənində karyerasını bitirmək planlarını təxirə sala bilər. Fanat.Az xəbər verir ki, buna səbəb onun olduqca cəlbedici təklif alması olub.


Hazırda "Boka Xuniors"da çıxış edən 32 yaşlı forvardın Kriştiano Ronaldo və Lionel Messini keçərək dünyanın ən çox qazanan futbolçusu olmaq imkanı var. "Yahoo Brezilia"nın xəbərinə görə, Çin klublarından biri ona illik 40 milyon avro maaş təklif edir. 


Həmin klubun adı açıqlanmır. Amma bundan əvvəl Tevez "Şanxay SIPG" klubunun təklifindən imtina etmişdi.


Qeyd edək ki, Tevez "Boka Xuniors"da başladığı karyerası ərzində Braziliyanın "Korintians", İngiltərənin "Vest Hem",  "Mançester Yunayted", "Mançester Siti" və İtaliyanın "Yuventus" klublarında çıxış edib. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-bir-futbolcuya-ild-40-milyon-t54346.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR