Kərəm Həsənov: "Bu il hərraclara 500-dən artıq dövlət obyekti çıxarılıb"

Kərəm Həsənov: "Bu il hərraclara 500-dən artıq dövlət obyekti çıxarılıb"
12:47 22 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 22 noyabr. REPORT.AZ/ "Biz hökumət qarşısında özəlləşdirilən obyektlərin borc problemlərinin, onlarda sosial ödənişlər problemləri ilə bağlı məsələlər qaldırmışıq".
"Report"un məlumatına görə, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov "RecExpo II – Azərbaycanın Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya" sərgisinin açılış mərasimində jurnalistlərə açıqlamasında deyib.
“Bu problemlə bağlı borcların silinməsi və köhnə borcların təmizlənməsi, restruktrizasiya edilməsi ilə bağlı yeni təkliflər vermişik. Bu da özəlləşmədə yeni dövrün başlanmasına işarədir. Bu il keçirilən 10-dan artıq hərracda 500-dən çox dövlət müəssisə və obyekti satışa çıxarılıb. Xarici investorlar əsasən neft kimyası, neft maşınqayırması, aqrar sektorlarda olan müəssisələrlə maraqlanırlar", - deyə K.Həsənov qeyd edib.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/kerem-hesenov-bu-il-herraclara-500-den-artiq-dovlet-obyekti-cixarilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR