Türkiyədən BÖYÜK ƏMƏLİYYAT – “Şah Mat”

Türkiyədən BÖYÜK ƏMƏLİYYAT – “Şah Mat”
12:53 22 Noyabr 2016
79 Dünya
Ölkə mətbuatı
A- A+

2015-ci ilin əvvəlində “Şah Fərat” əməliyyatı ilə köçürülən Süleyman Şah Türbəsi “Şah Mat” əməliyyatı ilə yenidən inşa ediləcək.

Publika.az “Milliyyət” nəşrinə istinadən xəbər verir ki, türbənin inşası ilə “Fərat Qalxanı” hərəkatının kritik mərhələlərindən biri də tamamlanmış olacaq.

Türbə Hələb vilayətinin Karakozak kəndi sərhədləri içərisində olan və Türkiyənin öz hüdudlarından kənarda sahib olduğu yeganə torpaq ərazisidir.

Karakozak kəndində 2014-cü il martın 13-də Azad Suriya Ordusu ilə İŞİD terror təşkilatı arasında şiddətli qarşıdurmalar baş verib. İŞİD-in bir həftə ərzində ələ keçirdiyi bölgədə yerləşən türbə hücum təhlükəsi ilə üz-üzə qalmışdı. Ötən il fevralın 22-də Türkiyə ordusu hərəkətə keçib. Ordu “Şah Fərat” əməliyyatı ilə Suriyaya girir. Əməliyyata 572 hərbçi, M-60 A3 tipli 50 ədəd tank və F-16 qırıcıları qatılıb. Süleyman Şahın nəşi və mənəvi əşyalar götürüldükdən sonra türbə və polis bölməsi havaya uçurulub.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/176909.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR