Gürcüstan Silahlı Qüvvələri Baş Qərargahına yeni rəis təyin edilib

Gürcüstan Silahlı Qüvvələri Baş Qərargahına yeni rəis təyin edilib
13:02 22 Noyabr 2016
72 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 noyabr. REPORT.AZ/ Briqada generalı Vladimir Çaçibaya Gürcüstan Silahlı Qüvvələri Baş Qərargahının rəisi təyin edilib.
“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə prezidenti Georgi Merqvelaşvili sərəncam imzalayıb.
Məlumata görə, Silahlı Qüvvələrin əvvəlki Baş Qərargah rəisi Vaxtanq Kapanadzenin səlahiyyət müddəti başa çatıb. Ona görə də dövlət başçısı onu tutduğu vəzifədən azad edib.
V.Kapanadzenin yerinə V.Çaçibaya təyin edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustan-silahli-quvveleri-bas-qerargahina-yeni-reis-teyin-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR