Günay İbrahimli: "Bu aləmdə çox çirkablar gördüm..." - FOTO

Günay İbrahimli: "Bu aləmdə çox çirkablar gördüm..." - FOTO
13:27 22 Noyabr 2016
129 Şou
Ölkə mətbuatı
A- A+

"İstəmirəm ki, şou-biznesdə olan insanları pisləyim. Hər sahənin yaxşı və pisləri var. Demək istəyirəm ki, bu aləmdə çox yalan və çirkablar gördüm".

Bu sözləri "qafqazinfo"ya açıqlamasında müğənni Günay İbrahimli deyib.

Sənətçi şou-biznesdən uzaqlaşması barədə yayılan söz-söhbətlərə aydınlıq gətirib:

"Azərbaycanda çalışqan müğənnilər sırasındayam. Səmimi etiraf edirəm ki, ildə iki klip çıxardıram. Bəzən layihələrimin sayı artıq da olur. Mahnılarım işıq üzü görür. Mənə deyirlər ki, bu sənətdən uzaqlaqlaşmısan. Uzaqlaşmamışam, sadəcə olaraq getdiyim tədbirlərə, açılışlara, verilişlərə diqqət edirəm. Bu sahənin üzvləri ilə məsafəli olmağa çalışıram. Məni tanıyan insanlar, dostlarım bilirlər ki, çox ünsiyyətcil xanımam. Mənim daxilim belədir. İstəmirəm ki, şou arenasında olan insanları pisləyim. Hər sahənin yaxşı və pisləri var.

Demək istəyirəm ki, bu aləmdə çox yalan və çirkablar gördüm. Bundan əlavə, Bakı balaca şəhərdir. Görürdüm ki, arxamca danışırlar, səhər gəlib üzümə gülürlər. Belə şeyləri götürə bilmədim. Mən onların üzünə onlar kimi gülə bilmirəm. Belə olduğu üçün şou aləmindən uzaq gəzməyə çalışıram.

Belə bir sual verərlər ki, artıq özünü ulduz sayırsan? Xeyr, insan özünə hörmət edirsə, qazandığı hörməti də saxlamalıdır. Bu yaxınlarda bir tədbirə getmişdim, çox sıxıldım, oradan qaçmaq istəyirdim. Halbuki, ətrafımdakılarn əksəriyyəti tanıdığım şəxslər idi. İnsan özünü harada rahat hiss edirsə, orada da olmalıdır. Ancaq bu sənəti sevirəm, yoldan keçən bu işlə məşğul ola bilməz. Allah tərəfindən verilən vergidir".

Sənətçi bildirib ki, şou insanlarından uzaqlaşmasının şəxsi həyatı ilə heç bir bağlılığı yoxdur:

"Çox insan düşünür ki, şəxsi həyatımla bağlı şou dünyasından uzaqlaşıram və yaxud həmin şəxs mənə icazə vermir. Belə deyil... Bu sənətdən getsəm, hər kəsin məlumatı olacaq, etirafımı da edəcəm, müsahibə və açıqlamalarımda da deyəcəm. İndi başım sakitdir, söz-söhbətlərdən uzağam. İnsan üçün əsas rahat yaşamaqdır. Bəli, karyeramı davam edirəm. Mənə müğənni göstərin ki, daim çalışır, yeni mahnılar çıxardır. Var, amma azdır. Bu sahədə ancaq qeybət edirlər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/491789.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR