Binəqədidə yanan binaya görə tutulan şəxslərin məhkəməsində daha bir şahid ifadə verib

Binəqədidə yanan binaya görə tutulan şəxslərin məhkəməsində daha bir şahid ifadə verib
13:32 22 Noyabr 2016
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsində təqsirləndirilən Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov, Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Report”un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə əlavə şahid qismində Namiq Əliyev ifədə verib.
O, 2007-ci ildən “Global Construction” şirkətində çalışdığını deyib: "Hadisə zamanı texniki direktor vəzifəsində çalışmışam. Şirkətimiz beynəlxaq standartlara uyğun fəaliyyət göstərib. Şirkərin təsisçiləri Miryusif və Hüseynbala müəllim idi. Biz onları yalnız tədbirlərdə görürdük. Hadisə günü ofisdə idim. Sonra hadisə yerinə getdim. Orada olarkən mənə ofisə MTN əməkdaşlarının gəldiklərini və içəri heç kəsi buraxmadıqlarını dedilər".
N.Əliyev vurğulayıb ki, binaların üzlənməsi tam təmir olunduqdan sonra sifarişçi olan Binəqədi Rayon İcra Hakimiyyətinin təyin etdiyi mühəndislərin iştirakı ilə onlara təhvil verilib: "Onlar tərəfdən işlərə dair heç bir irad bildirilməyib".
Proses noyabrın 23-nə təyin edilib.
Qeyd edək ki, 2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin İdarə Heyətinin sədr müavini Əsgərov Ələkpər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəm oğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.
A.Əlibəyov və A.Məmmədov barəsində isə həbs qətimkan tədbiri seçilməyib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Məmmədyarov sabah Nalbandyanla görüşəcək - Prezidentlərin görüşünə hazırlıq

22 Sentyabr 2017 12:08

Gədəbəydə oğul ata və anasını öldürərək qaçıb

22 Sentyabr 2017 12:07

Albaniya millisinin sabiq baş məşqçisi "Alaves"ə rəhbərlik edəcək

22 Sentyabr 2017 12:07

Ukraynada azərbaycanlı avtoritetlər belə tutuldular – FOTO/VİDEO

22 Sentyabr 2017 12:03

ABŞ Türkiyədən üzr istəyib?

22 Sentyabr 2017 12:03

Arif Alışanova qarşı dələduzluq və öldürməyə cəhddə təqsirləndirilən şəxsin vəsatəti təmin edilməyib

22 Sentyabr 2017 12:02

AZTV sədri Arif Alışanovu dəfələrlə necə öldürmək istəyiblər? - ŞOK SUİ-QƏSD PLANLARI YAYILDI

22 Sentyabr 2017 11:59

Komitə sədri Bağdadda sığınacaqda saxlanılan uşaqlardan danışdı

22 Sentyabr 2017 11:58

Bahar Muradova: "Azərbaycanda gender bərabərliyi ilə bağlı layihələr həyata keçirilir"

22 Sentyabr 2017 11:57

Daha bir erməni təxribatının qarşısı alındı

22 Sentyabr 2017 11:57

Məmmədyarov-Nalbandyan görüşü sentyabrın 23-də keçiriləcək

22 Sentyabr 2017 11:54

Nazilədən “ailədə HEGOMON mənəm” söhbətinə MÜNASİBƏT: “Riyakarlıq etmədim”

22 Sentyabr 2017 11:53

Kamran Əliyev: "Korrupsiya qarşı mübarizə təkcə dövlət sektorunu deyil, özəl sektoru da əhatə edir"

22 Sentyabr 2017 11:47

İlham Əliyev Sənaye Parkının açılışında iştirak edib

22 Sentyabr 2017 11:46

Appaturay Bakıya gələcək

22 Sentyabr 2017 11:44

O, təyyarədə motal pendiri yedi

22 Sentyabr 2017 11:43

Komitə sədri İraqda qalan uşaqların ölkəyə gətirilməsi ilə bağlı məsələyə münasibət bildirib

22 Sentyabr 2017 11:42

Elmar Məmmədyarov Nyu Yorkda bir sıra ölkələrin XİN başçıları ilə görüşüb

22 Sentyabr 2017 11:42

Aşıq Samirədən fərqli ifa

22 Sentyabr 2017 11:40

Zakir Həsənov səhra komanda məntəqəsi parkının açılışında - FOTO

22 Sentyabr 2017 11:38

Arvadı ilə birgə başına min oyun açılan DİKTATOR: indi hamı onu İSTƏYİR - VİDEO

22 Sentyabr 2017 11:38

Mübariz Qurbanlı: "Aşura tədbirləri Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun keçiriləcək"

22 Sentyabr 2017 11:37

"Elektron hökumət" portalına daha 3 elektron xidmət əlavə olundu

22 Sentyabr 2017 11:35

Ən etibarlı brauzerlər müəyyənləşib

22 Sentyabr 2017 11:35

Keçmiş MTN generallarının məhkəməsi davam etdirilir

22 Sentyabr 2017 11:32

Azərbaycan və Qazaxıstanın gənclər təşkilatları memorandum imzalayıblar

22 Sentyabr 2017 11:32

Ukraynada Azərbaycan əsilli kriminal avtoritetlər saxlanılıb

22 Sentyabr 2017 11:32

Məşhur aktyor Azər Axşam Metbuat.az-ın qonağıdır

22 Sentyabr 2017 11:31

Milli Məclisdə erməni deputatların iştirakı ilə

22 Sentyabr 2017 11:30

Azərbaycanın Auditorlar Palatası Rusiyanın Auditorlar İttifaqı və Estoniyanın Auditorlar Assosiasiyası ilə əməkdaşlıq edəcək

22 Sentyabr 2017 11:27

Müdafiə naziri hərbi təyinatlı obyektlərin açılışında iştirak edib

22 Sentyabr 2017 11:27

AFFA-nın cibdə atılan püşkü

22 Sentyabr 2017 11:27

Azərbaycanlıların bazasına polis basqın: onlarla şəxs saxlanıldı

22 Sentyabr 2017 11:24

Bakı: Evdən qaçan 22 yaşlı gəlin tapıldı

22 Sentyabr 2017 11:22

Qapını sındırıb evə girdilər, kirayənişini döyüb pul apardılar

22 Sentyabr 2017 11:19

Kim Çen In Trampı HƏDƏLƏDİ: “Tarixin ən sərt...”

22 Sentyabr 2017 11:18

Xələf Xələfov: “Avropa İttifaqı münaqişə ilə bağlı qətiyyətli mövqe ortaya qoymalıdır”

22 Sentyabr 2017 11:17

ADIF-in keçmiş rəhbəri “Finance Leasing”dəki payını satıb

22 Sentyabr 2017 11:17

“Rusiyadan raket sistemi alsaq da...”

22 Sentyabr 2017 11:17

Səməd Səmədov: "O it balalarını bağışlamışam" - VİDEO

22 Sentyabr 2017 11:14

"Ala, dibilsən? Çıxaruğ şəhərə, bir az mırt tutaruğ"

22 Sentyabr 2017 11:14

Erməni deputatlar Milli Məclisdə

22 Sentyabr 2017 11:09

NATO Baş Katibinin Xüsusi Nümayəndəsi Azərbaycana gələcək

22 Sentyabr 2017 11:07

ABŞ səfiri: “Qlobal enerji təhlükəsizliyi baxımından ABŞ Azərbaycanın əhəmiyyətini yüksək qiymətləndirir”

22 Sentyabr 2017 11:07

"Roma"nın ulduzu "Qarabağ"la oyuna gəlməyəcək

22 Sentyabr 2017 11:07

“GUAM-ABŞ Birgə Bəyannaməsi” qəbul edildi: "Ərazi bütövlüyünə sadiqlik"

22 Sentyabr 2017 11:04

Bakıda yataqxana yandı

22 Sentyabr 2017 11:03

BANM tələbələri beynəlxalq forumda iştirak ediblər

22 Sentyabr 2017 11:02

FOTO: Bakıda oğlan elə bir köynək geyindi ki...

22 Sentyabr 2017 11:00

Satıcı mağazada qəfil öldü - BAKIDA

22 Sentyabr 2017 10:59