Cüdoçularımız dünya reytinqinin zirvəsində

Cüdoçularımız dünya reytinqinin zirvəsində
13:32 22 Noyabr 2016
86 İdman
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, təmsilçilərimizdən ikisi daha yüksək nəticəyə malikdir. Bu nəticələr Rio Olimpiadasının gümüş mükafatçıları Rüstəm Orucovla Elmar Qasımova məxsusdur. Orucov 73, Qasımov isə 100 kiloqram çəkidə bütün rəqiblərini qabaqlayırlar. Elmarla eyni çəkidə olan dünya çempionumuz Elxan Məmmədov isə daha aşağı sıralarda yer alır. O, cədvəldə 7-ci mövqedədir. Eyni pillədə 66 kiloqramda yarışan Nicat Şıxəlizadə də qərarlaşıb. 60 kiloqramda ölkəmizin idman şərəfini qoruyan Orxan Səfərov isə öz çəkisində yalnız Kim Von Jindən geri qalır. 60 kq-da çıxış edən İlqar Müşkiyev isə 12-cidir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR