Lənkəranda ahıl ər-arvadın MÜƏMMALI ÖLÜMÜ

Lənkəranda ahıl ər-arvadın MÜƏMMALI ÖLÜMÜ
13:38 22 Noyabr 2016
251 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran şəhərində ahıl ər-arvadın evlərində meyiti aşkarlanıb.

Xəbərə görə, hadisə şəhərin Şəhidlər xiyabanı 10 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 1939-cu il təvəllüdlü Aydın Mirzəli oğlu Allahverdiyev və onun həyat yoldaşı 1941-ci il təvəllüdlü Azadə Rəcəb qızı Allahverdiyevanın meyiti bu gün saat 13.00 radələrində tapılıb.

Ölümün səbəbləri hələlik məlum deyil. Onların hər iksinin ağzından qan axdığı bildirilir.

Meyitlər müayinə üçün morqa aparılacaq.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır. (Apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/176914.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR