Nurgül Yeşilçay azərbaycanlı pərəstişkarlarına səsləndi - video

Nurgül Yeşilçay azərbaycanlı pərəstişkarlarına səsləndi -  video
14:01 22 Noyabr 2016
140 Şou
Ölkə mətbuatı
A- A+

ARB TV-nin efirində yayımlanan "Türk şou-maqazin" verilişinin növbəti qonağı türkiyəli aktrisa Nürgül Yeşilçay olub.

Axşam.az-ın məlumatına görə, aktrisa azərbaycanlı pərəstişkarlarına səslənib. O, hər kəsi bu həftə baş tutacaq qala gecəyə dəvət edib:

"Yeni filmimiz olan "İkinci şans"ı tamaşaçıların ixtiyarına verdik. Ümid edirik bəyənərlər. Noyabrın 26-da Bakıda olacam. Bu filmdə Yasəmən obrazını canlandırıram. Riyaziyyat müəlliməsi olan bu obraz həyatı hesablı-kitablı yaşayır. Qarşısına sevgi çıxır və həyatının sevgisini tapır. Özcan Denizlə bundan qabaq "Asmalı konak" serialında oynamışdıq. Yenidən kamera qarşısına keçmək istəyirdik, amma uyğun layihə tapmırdıq. Nəhayət ki, ikimizə də uyğun bir şey tapdıq".

Qeyd edək ki, noyabrın 26-da Nizami Kino Mərkəzində baş tutacaq qala gecəsinə Özcan Dəniz də qatılacaq.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61621

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR