Mətbuat konfransına qatılmayan dünya çempionu cərimələndi

Mətbuat konfransına qatılmayan dünya çempionu cərimələndi
14:05 22 Noyabr 2016
35 İdman
Ölkə mətbuatı
A- A+

Norveç şahmatçısı Maqnus Karlsen rusiyalı Sergey Karyakinlə dünya şahmat tacı uğrunda keçirilən görüşün VIII partiyasından sonra mətbuat konfransında iştirak etmədiyi üçün cərimələnib.

Milli.Az Report-a istinadən xəbər verir ki, hazırkı dünya çempionu mükafatının 10 faizindən məhrum olub.

Qara fiqurlarla oynayan Karyakin ötən partiyada norveçli zəka sahibinə 4.5:3.5 hesabı ilə qalib gəlib. Bundan sonra Karlsen jurnalistlər önünə çıxmayıb.
IX partiya noyabrın 23-də olacaq. Görüş ümumilikdə 12 partiyadan ibarətdir. Qalib 12 partiyaya və ya daha erkən müəyyənləşərsə, mükafat fondu olan 1 milyon dolların 60%-i yeni çempionun, 40%-i isə məğlub idmançının payına düşəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/491902.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR