ABA-nın sədri "Report" İnformasiya Agentliyində olub

ABA-nın sədri "Report" İnformasiya Agentliyində olub
14:07 22 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 22 noyabr. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasiyasının (ABA) və "Rabitəbank" ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriyev "Report" İnformasiya Agentliyində olub. Qonağa Agentliyin fəaliyyəti barədə məlumat verilib, o, müxtəlif şöbələrin işi ilə tanış edilib. Z.Nuriyev media qurumuna uğurlar arzu edib və bank sektorundakı vəziyyətin obyektiv işıqlandırılması baxımından "Report"un vacib rol oynadığını deyib.
Daha sonra ABA rəhbəri "Report"un iqtisadiyyat şöbəsinin əməkdaşları ilə görüşüb və Agentliyə geniş müsahibə verib. Müsahibə zamanı Z.Nuriyev Azərbaycanın bank sektorundakı vəziyyət, vaxtı keçmiş kreditlərlə bağlı problemin həll edilməsi yolları, əmanət qəbulu və kreditləşmə ilə bağlı durum, kredit təşkilarının pos-neft dövründəki fəaliyyəti, Azərbaycanda yaradılması gözlənilən ilk özəl kredit bürosunun perspektivi, bank qanunvericiliyinə dəyişikliklər və digər məqamlarla bağlı suallara ətraflı cavab verib.









Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/aba-nin-sedri-report-i-nformasiya-agentliyinde-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR