Bakıda DƏHŞƏT: anasının gözü qarşısında öldü - FOTO

Bakıda DƏHŞƏT: anasının gözü qarşısında öldü - FOTO
14:22 22 Noyabr 2016
195 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünən Bakı şəhərinin Nizami rayonu ərazisində baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Nəsimi küçəsi 32 ünvanında 8-ci mərtəbədəki mənzildən özünü atan 20 yaşlı Toğrul Rzayev anasının gözləri önündə həlak olub. Belə ki, anası həyətdəki mağazadan ərzaq alıb evə qayıdarkən Toğrul özünü mənzilin pəncərəsindən atıb. O, anasının bir neçə metrliyinə düşüb. Hadisədən dərhal sonra təcili yardım çağırılsa da, artıq gec olub və 20 yaşlı oğlan vəfat edib.

T.Rzayevin özünü atması anını yaxınlıqdakı bəzi şəxslər də görüblər.
 
Bildirilir ki, T.Rzayev xeyli vaxt imiş, ağır xəstəlikdən əziyyət çəkirmiş. Onun nəşi Naxçıvana aparılıb.

Qeyd edək ki, ötən gün 1996-cı il təvəllüdlü Toğrul Məhəmməd oğlu Rzayev yaşadığı mənzilin yerləşdiyi 8-ci mərtəbədən özünü atıb.
 
Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/491918.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR