Lənkəranda evdən iki cəsəd tapıldı

Lənkəranda evdən iki cəsəd tapıldı
14:27 22 Noyabr 2016
126 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran şəhərində ahıl ər-arvadın evlərində meyitləri aşkarlanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin  Şəhidlər xiyabanı küç. 10 ünvanında qeydə alınıb.
 
Həmin ünvanda yaşayan 1939-cu il təvəllüdlü Aydın Mirzəli oğlu Allahverdiyev  və onun həyat yoldaşı, 1941-ci il təvəllüdlü Azadə Rəcəb qızı Allahverdiyevanın meyitləri bu gün saat 13 radələrində tapılıb.
 
Ölümün səbəbləri hələlik məlum deyil. Onların hər ikisinin ağzından qan axdığı bildirilir.
 
Meyitlər müayinə üçün morqa aparılacaq. 
 
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.

Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR