Brent markalı neftin qiyməti 53 dollara enib

09:12 6 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 06 Yanvar 2015 09:08 ]

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Dünya bazarlarında neftin qiymət ucuzlaşmaqda davam edir.

APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti sonuncu hərraclarda 1 barelə görə 50,14 dollar təşkil edib.

 

London birjasında isə Brent markalı neftin 1 barelinin dəyəri 53,27 dollara enib.

 

Bununla da, “qara qızıl”ın dəyəri 2009-cu ilin may ayından etibarən ən aşağı səviyyəyə düşüb.

 

Analitiklər hesab edir ki, neftin kəskin ucuzlaşmasına səbəb dünyada “qara qızıl”a tələbatın azalmasına baxmayaraq istehsalın artırılmasıdır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368098

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR