"Turanbank"ın maliyyə auditini KPMG şirkəti həyata keçirəcək

"Turanbank"ın maliyyə auditini KPMG şirkəti həyata keçirəcək
14:37 22 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 22 noyabr. REPORT.AZ/ "Turanbank" ASC-nin 2016-cı il üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarının auditinin aparılması üçün kənar auditorun seçilməsi üçün keçirilmiş açıq tenderin qalibi KPMG audit şirkəti elan olunub.
"Report" bu barədə Banka istinadən xəbər verir.
"Bank 2002-ci ildən etibarən Mərkəzi Bankın tələbi və Bankın daxili qaydlarına müvafiq olaraq Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun və Beynəlxalq Audit Standartları əsasında auditinin aparılması məqsədilə beynəlxalq nüfuza malik "Deloitte&Touche", "PricewaterhouseCoopers" və KPMG şirkətləri ilə əməkdaşlıq edir. Bank Korporativ İdarəetmə Standartlarının tələblərinə müvafiq olaraq seçilmiş bir kənar audit şirkəti ilə ardıcıl olaraq maksimum 3 il əməkdaşlıq edir", - deyə Bankdan bildirilib. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR