“Qatil” filmi beynəlxalq festivalda

“Qatil” filmi beynəlxalq festivalda
14:56 22 Noyabr 2016
65 Şou
Ölkə mətbuatı
A- A+

Xalq yazıçısı Elçinin eyniadlı pyesi əsasında lentə alınan “Qatil” bədii filmi 17-ci Tbilisi Beynəlxalq Film Festivalının “Avropa film forumu” bölümünə dəvət alıb.

Axşam.az xəbər verir ki, festival noyabrın 28-dən dekabrın 4-dək Tbilisidə keçiriləcək.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, filmin quruluşçu rejissoru Kamran Şahmərdan festivalda iştirak edəcək.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ekranlaşdırılan film “Azərbaycanfilm” kinostudiyasında, Finlandiyanın “Black and White Studio”, Gürcüstanın “Studio 33A” və “Vars Studio” şirkətlərinin iştirakı ilə istehsal olunub.

Filmin ssenari müəllifi xalq yazıçısı Elçin, quruluşçu operatoru Mixail Maqalaşvili, quruluşçu rəssamı Rəşad Mehdiyev, icraçı prodüserləri Azər Quliyev və Katri Lətt, prodüseri Müşfiq Hətəmovdur. Baş rolları Eka Çxeidze və Apollon Kublaşvili canlandırıblar.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61625

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR