Qrizman Ronalduya Mayamidə ürək sözlərini deyib

Qrizman Ronalduya Mayamidə ürək sözlərini deyib
14:57 22 Noyabr 2016
84 İdman
Ölkə mətbuatı
A- A+

"Qızıl top"a real namizədlərdən olan Kriştianu Ronaldu "France Football"a maraqlı açıqlamalar verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, ulduz futbolçu son Avropa çempionatı barədə geniş danışıb.

"Əminəm ki, rahatlıq AVRO-2016-da qalib olmağımızda həlledici amil oldu. Biz favorit deyildik. Fransızlar asanlıqla qələbə qazanacaqlarını düşünürdülər. Oyundan əvvəl isinmə hərəkətləri edəndə fransızlarda bir az arxayınlıq gördüm. Onların üzündən təbəssüm vardı. Bu, normal bir şeydir. Sadəcə mənə elə gəldi ki, rəqib özünü çox xoşbəxt hiss edir. Kapitan kimi komandanı oyuna kökləməkdə bundan istifadə etdim. Hər futbolçu ilə fərdi danışdım. İstəmirdim, onlar üzərlərində ciddi təzyiq hiss etsinlər. Özüm də həyəcan keçirirdim. Amma vəzifəm başqalarnı pozitiv enerji ilə yükləməkdi. Finaldakı zədə? Ayağımı tərpədə bilmirdim. Həmin vaxt başa düşdüm ki, bu, arzuladığım final deyil. Oyunu davam etdirə bilmədim. Paltardəyişmə otağına gəldim, həkimlər məni yoxladılar. Ağrı hiss edirdim, ağlayırdım. Zədənin ciddi olacağından çox qorxurdum. Həkimlər məni sakitləşdirməyə çalışırdılar. Mənsə göz yaşlarımı saxlaya bilmirdim. Mayamidə başıma maraqlı hadisə gəlmişdi. Restoranda rəfiqəsi ilə oturan Qrizmannın yanından keçdim. Bir az keçdi və o, mənə yaxınlaşıb təbəssümlə dedi: "Sənə nifrət edirəm"".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/491914.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR