"Qazprom" Londondakı bölmələrinin birində işçi ştatını azaldıb

"Qazprom" Londondakı bölmələrinin birində işçi ştatını azaldıb
15:02 22 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 22 noyabr. REPORT.AZ/ Rusiyanın "Qazprom" şirkəti Londondakı "Gazprom Marketing & Trading (GM&T) marketinq və treydinq bölməsinin işçi ştatını 20% azaldıb.
"Report" PRAYM agentliyinə istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat verib.
Mənbənin nəşrə verdiyi məlumata görə, ixtisara düşənlər arasında 6 direktor da var. Şirkət bu il bəzi bölmələrinin mənfəətinin azalacağından çəkinir. İxtisar aparılmamışdan əvvəl şirkət "Oliver Wyman" konsaltinq qrupu ilə xərclərin hansı yolla azaldılması üzrə qiymətləndirmə aparılması üçün anlaşma əldə edib.
Məsələ ilə bağlı nə "Oliver Wyman", nə də "Qazprom" şərh verməyib.
"The Wall Street Journal" yazıb ki, digər energetika şirkətləri kimi, "Qazprom" da neft və qaz qiymətlərinin aşağı olmasının təsiririni hiss edir, üstəlik, şirkət Şərqi Avropa bazarında artan rəqabətlə üzləşib. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR