Məşhur müğənni Anastasiya Prixodko Ukrayna ilə müharibədə Rusiyanın məğlubiyyətini proqnozlaşdırıb.
Publika.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, müğənni bu haqda “Kanal 5”-ə müsahibəsində bildirib.
“Biz görürük ki, Rusiya Hələbdə ABŞ-a öz gücünü göstərməyə çalışır, Krım, Luqansk, Donetsk işğal edilib. Mən tarixən bilirəm ki, Rusiya nə vaxt hücum edirsə, həmişə uduzur. Biz çox güclü millətik və Rusiya bunu bilir”, - Prixodko deyib.
Xatırladaq ki, müğənni Ukraynanın şərqində cəbhəyə yaxın zonada bir neçə konsert proqramı ilə çıxış edib.
Ömər